Turinin "Yuventus" klubu ardıcıl 8-ci dəfə İtaliya çempionu olub.
Qadin.Net AzərTac-a istinadən bildirir ki, bu çempionluq klubun portuqaliyalı futbolçusu Kriştianu Ronaldu üçün xüsusilə əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, o, İngiltərə, İspaniya və İtaliya çempionatlarının qızıl medallarını qazanan ilk futbolçu olub.
Ronaldu daha əvvəl "Mançester Yunayted"in heyətində üç dəfə İngiltərə çempionu, "Real"la isə iki dəfə İspaniya çempionatının qalibi olub.
Otuz dörd yaşlı futbolçu "Yuventus"a ötən ilin yayında 117 milyon avro qarşılığında "Real"dan keçib. Onun klubla müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub