Qadin.NET / İki rayona QAR YAДћDI

İki rayona QAR YAДћDI

İki rayona QAR YAĞDI


Lerik rayonuna güclü qar yağıb.

Qadin.Net bildirir ki, bu barədə Trend-ə Lerik rayon İcra Hakimiyyətindən məlumat verilib.

Məlumatda bildirilib ki, rayon ərazisinə qar aprelin 19-dan yağmağa başlayıb:

"Şəhər ərazisində qarın hündürlüyü 3-4 santimetr, dağlıq ərazilərdə isə 10-15 santimetrə çatıb. Hazırda qar yağmaqda davam edir".

İsra Hakimiyyətindən onu da bildiriblər ki, qarın yağması rayon ərazisində güclü şaxta ilə nəticələnməsə də, təsərrüfata ziyansız ötüşməyib: "Yağan qarın əsasən çiçəkləyən meyvə ağaclarına ziyan vurduğunu deyə bilərik. Yolda, kəndlərlə əlaqədə heç bir problem yaranmayıb".

***

09:25

Quba rayonuna qar yağıb, çiçək açmış ağaclara zərər dəyib.

Gecə saatlarında Quba və şimal zonasının digər rayonlarına qar yağmağa başlayıb.

Qar meyvə ağaclarına zərər vurub. Ağacların çiçəkləri yağıntının və şaxtanın təsirindən donub.

Hazırda qarın yağıntısı davam edir

20 aprel 2019
GO BACK