Qadin.NET / Əkizlər 97 gün fərqlə doğuldular-FOTO

Əkizlər 97 gün fərqlə doğuldular-FOTO

Əkizlər 97 gün fərqlə doğuldular-FOTO


Almaniyada tibb dünyası üçün maraqlı bir hadisə baş verib. Köln şəhərində yaşayan qadın əkizlərini 97 gün fərqlə dünyaya gətirib.

Qadin.Net oxu.az-a istinadən bildirir ki, ötən ilin noyabr ayında əkizlərə hamilə olan qadının doğum sancıları başlayıb. Qeysəriyyə əməliyyatı ilə 26 həftəlik olan körpələrdən biri ana bətnindən götürülüb. Doğularkən onun çəkisi 907 qram olub. Ana bətnindəki əkiz bacıya isə həkimlər toxunmayıblar.

Uşaq ikinci plasenta sayəsində sağ qalıb. Bu ilin fevral ayında o normal doğuşla dünyaya gəlib. Beləcə əkizlərin doğulması arasında 97 gün fərq yaranıb.

Həkimlərin dediyinə görə, belə hadisəyə nadir halda rast gəlmək olur. Bu günə qədər əkizlərin doğulması arasındakı maksimal fərq 87 gün təşkil etmişdir.

İndi hər iki qızın normal şəkildə inkişaf etdiyi bildirilir.

20 aprel 2019
GO BACK