Qadin.NET / Emin sevgi mahnısına klip çəkdirdi - VİDEO/FOTO

Emin sevgi mahnısına klip çəkdirdi - VİDEO/FOTO

Emin sevgi mahnısına klip çəkdirdi - VİDEO/FOTO


Xalq artisti Emin Ağalarov "Wicked game" adlı yeni mahnısına çəkdirdiyi klipini təqdim edib.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ekran işində əsas rolu Diana Pojarski canlandırıb. Emin ekran işini rəsmi "Youtube" kanalına yerləşdirib. 


"Bu, sevgi haqda olan ən gözəl mahnılardan biridir. Onu illər əvvəl dinləmişəm və qəlbimə toxunub. Onu çoxdan oxumaq istəyirdim, amma indiyə qismət oldu. İndi bu mahnını konsertlərimdə səsləndirirəm. Ümid edirəm ki, yaxşı alınıb" deyə, Emin bildirib. 

Klipin çəkilişləri "Crocus city mall"da aparılıb. Ekran işində romantik sevgi hekayəsi əks edilib. Videonun rejissoru Lev Efimovdur.

[media=sans-serif;%20font-size:%20small;>]

19 aprel 2019
GO BACK