Keçmiş türkiyəli model Esin Moraloğlu “Kanal D”də yayımlanan “İkinci sayfa” proqramında qonaq olub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, sənətçi veriliş zamanı maraqlı açıqlamalar verib.
O söyləyib ki, bir çox model rəfiqəsi evləri var deyə, Esinə borcludur:
“Hazırda əmlak işləri ilə məşğulam. Torpaq sahəsi alıb, mağaza şəklində satıram. Tez-tez Amerikaya gedib-gəlirəm. Bir çox model olan rəfiqəm onların pulunu yığmışam deyə, özlərinə ev alıblar. Zinət əşyalarını çox sevirəm. Kilo ilə daş-qaş alıram. Bu, mənim üçün əyləncədir”