Türkiyəli məşhurlar Ahmet Kural və Sılanın məhkəmə prosesi davam edir.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bu dəfə Sılanın vəkili cütlüyün arasında dava çıxan gün ifaçının əynində olan qanlı köynəyinin sübut kimi qəbul edilməsini tələb ediblər.
Bildirilir ki, onlar yenidən köynəyin analiz etməlidirlər.
“Hər nə qədər müvəkkilimin döyüldüyü vaxt əynində olan və cırılan köynəyin sübut kimi götürülməyini tələb etsəm də, bunu qəbul etmədilər. Amma biz fotoların yetərincə sübut dəyərinin olmadığını söyləyib, qanlı köynəyin götürülməsini istəyirik” deyə, Sılanın vəkili bildirib.
Kuralın vəkilləri isə köynəyin vəziyyəti barədə xəbərsiz olduqlarını bildiriblər.
Məhkəmədən isə bildirilib ki, sübutun qaytarılmasına səbəb isə fotodakı libasla sözügedən köynəyin eyni olub-olmaması barədə informasiya yetərsizliyidir.
Bundan başqa Ahmetin vəkilləri qan ləkələri olan köynəyin hadisə barədə ciddi sübut olduğunu bildirib.
Qeyd edək ki, Sıla eks-sevgilisi Ahmetin onu evində döydüyünü iddia edərək, prokurorluğa şikayət ərizəsi verib. Kuralın 1 il 1 aydan 5 ilə qədər həbs olunması tələb olunur