Cazibədar aktrisa Cessika Alba formada qalmaq sirrini açıqlayıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, 37 yaşlı üç uşaq anası olan kino ulduzu hər səhər yulaf və banan yediyini bildirib. Aktrisa onu da qeyd edib ki, səhər yuxudan duran kimi limonlu ilıq su içir.
Hazır və zərərli yeməklərdən uzaq dayandığını deyən aktrisa sözlərinə belə davam edib: “Hər gün yoqa edirəm. Tünd şokolada isə heyranam”