Qadin.NET / Gözəllik müsabiqəsində qalmaqal yaşandı-FOTO

Gözəllik müsabiqəsində qalmaqal yaşandı-FOTO

Gözəllik müsabiqəsində qalmaqal yaşandı-FOTO


Rusiyada bir kilsə rahibinin arvadı gözəllik müsabiqəsində podiuma çıxıb.

Qadin.Net Milli.Az-a istinadən bildirir ki, bir çox insan buna icazə verdiyi üçün rahibin cəzalandırılmasını tələb edib.

Hadisə Maqnitoqorsk şəhərində baş verib. Kilsə rahibi olan Sergiy Zotovun həyat yoldaşı Oksana şəhərdə keçirilən gözəllik müsabiqəsində iştirak edib. Qadın mart ayında internet vasitəsilə müraciət edib və 31 martda yarışda iştirak edərək finala çıxıb. Amma onun fotoları üzə çıxdıqdan sonra qalmaqal baş verib. Şəhər sakinləri rahibi tənqid atəşinə tutublar.

Bundan sonra Zotov qəzetə açıqlama verib:

"Həyat yoldaşım müsabiqəyə internet vasitəsilə müraciət edib. Müraciəti qəbul edildikdən sonra yarışda iştirak etmək fikrindən vaz keçdi. Amma təşkilatçılar israr etdilər. Oksana ilə 15 il əvvəl tanış olmuşam. 2 övladımız var və ayrılmağı düşünmürük".

Gözəllik müsabiqəsində qalmaqal yaşandı-FOTO

Gözəllik müsabiqəsində qalmaqal yaşandı-FOTO


15 aprel 2019
GO BACK