Qadin.NET / Məşhur cütlüyün ayrılıq səbəbi məlum oldu-XƏYANƏT

Məşhur cütlüyün ayrılıq səbəbi məlum oldu-XƏYANƏT

Məşhur cütlüyün ayrılıq səbəbi məlum oldu-XƏYANƏT


Birkan Sokullu və Dilan Çiçək Dəniz ayrılıb.

Qadin.Net ölkə.az-a istinadən bildirir ki, cütlüyün ayrılmasına səbəb Birkanın keçmiş sevgilisi Berrak Tüzünataçla olan fotolarını İnstaqram səhifəsindən silməməsi olub.

Dilan Çiçək ilə Birkan yanvar ayından sevgilidir. Cütlüyün bir neçə gün əvvəl ayrıldığı iddia edildi. Cütlük məsələ ilə bağlı sussa da, dünən Arnavutkök səmtində Brikan Sokullu iddialara cavab verib:

"Şəxsi həyatım haqqında danışmaq istəmirəm. Amma qeyd edim ki, Dilanla hörmət və sevgi çərçivəsində ayrıldıq".

33 yaşlı Birkanla 24 yaşlı Dilanın İnstaqramda hələ də bir-birlərini izləməsi bu açıqlamanı təsdiqləyib.

Iddiaya görə, Berrak keçmiş sevgilisi ilə barışmağa cəhd edib. Dilan Çiçək isə bu məsələdən narahat olduğunu Birkana deyib. Birkan isə Berrakla dost olduğunu və görüşməyə davam edəcəyini bildirib. Bunu eşidən "Çukur"un gözəli isə ayrılmaq qərarına gəlib.

Məşhur cütlüyün ayrılıq səbəbi məlum oldu-XƏYANƏT

Məşhur cütlüyün ayrılıq səbəbi məlum oldu-XƏYANƏT


15 aprel 2019
GO BACK