Geyindiyi dəbli paltarlarla hər zaman gündəmdə olan moda bloqqeri Etel Baler Türkiyənin Kanlıca səmtində yerləşən villasının qapısını "InStyle Home" dərgisinə açıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, Baler "Həyatda hər şeydən əl çəkərəm, əsas içində hüzur və sevgi olsun" deyib.
Uşaqlığının Büyükadada keçdiyini və orada tarixi bir malikanədə böyüdüyünü söyləyən Baler 8 il əvvəl köçdüyü villada qalır. Boğaziçində yerləşən ağ villa nostalji ab-havası ilə diqqət çəkib.
1860-cı ildə Saraylı Fatma xanım üçün tikilmiş ev 1909-cu ildə əczaçı Ethem Pertev tərəfindən satın alınıb və yenidən qurulub. Etel bildirib ki, villanı aldıqdan sonra görünüşündə çox dəyişiklik etməməyə çalışıb.
"Bura ilk dəfə köçəndə portağal ağacı əkmək istəyirdim. Amma bütün bağbanlar boşazın havasında portağalın bitməyəcəyini deyirdi. İndi bağçamda çoxdur bu ağacdan" deyə, modelyer bildirib