Qadin.NET / Emberin məhkəmə rəyi üzə çıxıb

Emberin məhkəmə rəyi üzə çıxıb

Emberin məhkəmə rəyi üzə çıxıb


Ember Herd keçmiş əri, aktyor Conni Depp haqqında məhkəməyə verdiyi ifadə ortaya çıxıb. 
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Herd onu məhkəməyə verib 50 milyon tələb edən Conninin onu dəfələrlə döydüyünü deyib. 


Ember şikayət ərizəsində bunları qeyd edib:

"Biz görüşəndən bir müddət sonra Conni spirtli içki içməyə və narkotik qəbul etməyə başladı. Ona qadağan edilən dərmanlar içirdi, həkim gəlməsə ayılmırdı. Həmin vaxt o, dəhşətli aqressiv və başqa adam olurdu. Həmin halına "monstr" deyirdim. Narkotikin təsiri keçənə qədər dəhşətli şeylər edirdi. Onu sevirdim, buna görə də düzələcəyi vədlərinə inanırdım. 

Bir dəfə təyyarə ilə uçanda Depp çox içmişdi. Köməkçiləri dedi ki, mənim yeni filmə çəkilməyimi qısqanıb. ceyms Franko ilə romantik səhnəm onu özündən çıxarmışdı. Conni məni görəndə əşyaları başıma çırpmağa başladı. 

Emberin məhkəmə rəyi üzə çıxıb

Məni vururdu, yerı yıxılırdım, ayağa duranda isə itələyib divara çırpırdı. Bir dəfədə döyəndə qaçıb otağa girdim və qapını bağladım. 8 ədəd dərman qəbul etmişdi və spirtli içki içmişdi. Səhəri gün məni döymək istəyəndə onu itələdim. Əlinə nə keçdi mənə atmağa başladı. 

Əynimdəki paltarları cırıb çıxardı, saçımdan tutub sürüdü".

Qeyd edək ki, Conni keçmiş arvadını məhkəməyə verərək, onunla bağlı yalan xəbər yaydığı üçün 50 milyon təzminat tələb edir

13 aprel 2019
GO BACK