Qadin.NET / Bakı Metropoliteni tarixində İLK: Qadın maşinist işə götürüldü

Bakı Metropoliteni tarixində İLK: Qadın maşinist işə götürüldü

Bakı Metropoliteni tarixində İLK: Qadın maşinist işə götürüldü


Bakı Metropoliteni tarixində ilk dəfə qadın maşinist işə götürülüb.

Qadin.Net trend-ə istinadən xəbər verir ki, metropoliten tarixində ilk dəfə qatar maşinisti peşəsinə qadınların seçilməsinə şərait yaradılıb.

10-dan artıq qadın maşinist kimi çalışmaq üçün müraciət etsə də, onların arasında yalnız Günay Həbibli seçilib və Bakı Metropoliteni tarixinə ilk qadın maşinist kimi işə götürülüb.

Təlim-tədris prosesinin gedişində ən yüksək nəticə göstərən G.Həbibli buna qədər "Bakı Metropoliteni" QSC-nin hərəkət xidmətində qatarları qəbul edib yola salan növbətçi vəzifəsində çalışıb. Seçim turlarını uğurla keçdikdən sonra öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, Bakı Metropolitenində qatar maşinistlərinin sayı 237-dir. Onlardan 227 nəfəri tək, 10 nəfəri isə cüt işləyir. 13 nəfər isə təlimatçı-maşinist kimi fəaliyyət göstərir

13 aprel 2019
GO BACK