Alman əsilli türk aktrisa Vilma Ellesin əri Kerem Göğüş ilə qayınanası Nurcan İlleez sənədləri olmayan layihədən ev satdıqları üçün məhkəməyə verilmişdi.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, Adanada yaşıyan şəxs "Göğüş Yapı A.Ş."nin Etiler Ulusdakı layihəsindən 2 ev alıb. Şəxs ümumilikdə 770 min lirə (təxminən 227 min manat) ödəyib. Amma satılan evlər təhvil verilməyib.
Tərəflər arasında aparılan danışıqlar bir nəticə almadığı üçün iş məhkəməyə gedib. Kerem ilə anası Nurcan 2 il əvvəl başlayan məhkəməni uduzublar.
Nurcan şirkətlə heç bir əlaqəsi olmadığını, günahsız yerə məhkəməyə gətirildiyini iddia edib. Hakim Göğüş və İlleezə 6 il 3 ay həps cəzası, 2500 gün də pul cəzası verib. Zərər çəkən şəxsin ziyanının ödənildiyini nəzərə alan hakim cəzanı 2 il 7 aya, 1041 gün isə pul cəzasına endirib