Qadin.NET / Yapon alimi: "Yeni insan növü yaranacaq"

Yapon alimi: "Yeni insan növü yaranacaq"

Yapon alimi: "Yeni insan növü yaranacaq"


Süni intellekt hazırki sürətlə inkişaf edərsə, 50-100 il sonra insan zəkasını geridə qoya bilər.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, bu sözləri Yaponiyanın “Fujisoft” şirkətinə məxsus “Parlo” adlı robotu hazırlayan komandanın rəhbəri Naoki Suqimoto deyib.

“Süni intellekt o səviyyə gələcək ki, artıq sünilikdən və robotluqdan çıxıb yeni bir insan növü olacaq. Belə bir dönəm olacaq. Lakin 50-100 il sonra... Bundan qorxmaq lazım deyil. Sadəcə ciddi yanaşmaq lazımdır”, - deyə alim bildirib

12 aprel 2019
GO BACK