Qadin.NET / Beren Saat serialındakı ölümdən yazdı

Beren Saat serialındakı ölümdən yazdı

Beren Saat serialındakı ölümdən yazdı


Aktrisa Beren Saat ötən gün “Atiye” serialında baş verən ölüm hadisəsi ilə bağlı paylaşım edib.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, sənətçi çəkiliş komandasının tərkibində rəngsaz işləyən Hasan Karatayın qəza nəticəsində dünyasını dəyişməsinə belə münasibət bildirib:

“Şəxsən tanış olmamışdıq, amma bu gün ailənin qadınlarının sözlərindən səni tanımaq fürsətim oldu, Həsən. “Oralar görünməyəcək” deyilsə də, boyadığın divarın kənarlarını diqqətlə tamamlamaq istəyərkən başına gəlmişdi bu qəza. Yenə gözəl bir ürək, yenə zamansız bir vida. Nur içində yat”.

Qeyd edək ki, “Atiye” serialında baş rollarda Beren Saat, Mehmet Günsür və Metin Akdülger oynayır.

Beren Saat serialındakı ölümdən yazdı


11 aprel 2019
GO BACK