Dünya mediası tərəfindən hər addımları yaxından izlənilən İngiltərə şahzadəsi Harri və Meqan Markl cütlüyünün dünyaya gələcək uşaqlarının cinsiyyəti ilə bağlı iddialar yayılıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, cütlüyün yaxın dostu, dünyaca məşhur tennisçi Serana Uilyams bu barədə danışıb.
Serena ailəsi tərəfindən cinsiyyəti sirr kimi saxlanan körpənin qız olacağını “ağzından qaçırıb”.
ABŞ-da yayımlanan “E! News” proqramına qatılan məşhur tennis ustası ana olmaq və bunun idman həyatına təsirilə bağlı danışıb. 1 yaşında qız anası olan Uilyams yeni analara və ana olmağa namizədlərə tövsiyələr verib. Bu zaman o, yaxın bir dostundan da örnək gətirib: “Hər zaman “uşaqlarım bunu edəcək, onu edəcək” deyirdi. Mən də ona dedim ki, yox, sənin qızın belə etməyəcək”. Serena bu sözlərdən sonra sürətli şəkildə söhbəti dəyişib. Onun bu hərəkəti şübhə doğurub və ağıllara söhbətin Meqan Markldan getməsi fikrini gətirib.
Qeyd edək ki, kral ailəsi növbəti üzvünü iyun ayında qucağına götürəcək