İki il yarım əvvəl müğənni Sılanı təhqir edən Davut Güloğlu haqqında məhkəmə qərar verib.
Qadin.Net Milli.Az-a istinadən bildirir ki, hakimin hökmü ilə Güloğlu 8.500 lirə (2500 manat) cərimə ödəməlidir. Müğənni başqa bir məhkəməyə cəzanın azaldılması ilə bağlı müraciət etsə də, onun etirazı rədd edilib.
Qeyd edək ki, 15 iyul Çevrilişə cəhddən sonra Yenikapı səmtində təşkil edilən "Demokrasi ve Şehitler" mitinqində Sıla iştirak etməmişdi və "Çevrilişə qarşıyam amma Yenikapıdakı şouda iştirak etməyəcəm" demişdi. Davut Güloğlu isə bir televiziya verilişində "S..r olsun getsin" ifadəsini işlətmişdi. Sıla isə bu cümləyə görə şikayət etmişdi və Davutun 2.5 il müddətinə həbsini tələb etmişdi