Qadin.NET / Tarkan şahzadə ilə qonşu olacaq

Tarkan şahzadə ilə qonşu olacaq



Albom satışları, reklamlardan və konsertlərdən qazandıklarını əmlaka xərcləyən Tarkan yenə ənənəsini pozub.

 Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, alman mediası müğənninin İngiltərədə ev almaq planı var. 

İstanbul və Almaniyada bir çox evi olan Megastar bunun üçün hətta ötən ay Londona gedib. Həyat yoldaşı Pınar Tevetoğlu və qızı Liya ilə uzun müddətdir Almaniyada yaşayan ifaçı şahzadə Herri ilə Meqan Marklın yaşadığı Kensinqton bölgəsindəki evlərə baxıb. 

Ən bahalı evlərin yerləşdiyi bölgəni gəzən Tarkan 5 yataq otağı olan bir villanı bəyənib. Sözügedən evin qiyməti isə 7 milyon 250 min funt-sterlinqdir. 

Qeyd edək ki, sözügedən bölgədə Devid Bekhemin də villası var

10 aprel 2019
GO BACK