Qadin.NET / Alma yığan robotlar

Alma yığan robotlar

Alma yığan robotlar


Alma yığan robotlar, Yeni Zelandiyada meyvə bağlarında insanlar ilə birlikdə işləyir.

Robot sistemi Yeni Zelandiyada meyvə bağlarında alma yığmağa başladı. Yeni Zelandiyanın ən böyük qida istehsalçılarından biri olan T&G Global şirkəti bu texnologiyanı ilkin mərhələsindən ABŞ-ın Abundant Robotics şirkəti ilə birlikdə işləyir.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, baş vəzifəli Peter Landonlana bu barədə belə deyib: "Mövsümü işçi çatışmazlığına görə, məhsulun çoxunu ağacda saxlamaq məcburiyyətində qalırıq, çünki lazımi qədər işçimiz yoxdur. Ehtiyacımız olan işçi tələbi gündən günə artır və gələcəkdə bu tələbi qarşılaya bilmək üçün texnologiyadan faydalanmaq lazımdır".

Alma yığan robotu, ağacların arasında gəzərək hansı almanın yetişmiş, hansı almanın kal olmasını süni görüş texnologiyası sayəsində qəbul edir. Robot, daha sonra yetişmiş almaları ağacdan qoparmaq üçün vakuum istifadə edir.

Alma yığan robotlar, eyni zamanda gecə də işləyib ağacların ən uzaq budaqlarına rahatlıqla çıxa bilir. Robotu hazırlayan şirkət, bu robotları daha da inkişaf etdirərək bütün dünyaya yaymaq istəyir.

Alma yığan robotlar


10 aprel 2019
GO BACK