Müğənni Kenan Doğulu aktrisa həyat yoldaşı Beren Saata dəstək olub.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, Doğulu serial çəkilişi üçün Şanlıurfaya gedəcək xanımını tək qoymamaq qərarına gəlib.
Mehmet Günsür ilə “Atiye” serialında baş rol oynayan Beren yaxın günlərdə yaradıcı heyətlə birlikdə İstanbuldan gedəcək. Kenan da bütün konsert və işlərini təxirə salaraq, onunla birlikdə yola düşəcək.
Qeyd edək ki, cütlüyün boşanacağı iddia olunmuşdu.