Rumıniyanın dördüncü liqasının matçında yan hakim Mariuş Matitsa köməkçi hakim işləyən Qyorqiya Dumaya evlilik təklifi edib.
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, matç zamanı baş verən maraqlı hadisənin görüntüsü jurnalist Emanuel Rosunun "Twitter" hesabında yayılıb.
"Oradya" və "Diosiq" komandaları arasında keçirilən matçın gedişində 22 yaşlı Matitsa qəlbini fəth etmiş Dumaya yaxınlaşaraq qarşısında diz çöküb və "mənə ərə gəlməyə razısan?" deyə soruşub.
Tribunaların birində hakimin dostları həmin sualdan ibarət plakat açıb. Xanım hakim köməkçisi gözyaşları içində razılıq verib