Qadin.NET / Mehriban Əliyeva qızları ilə konsertdə -FOTO

Mehriban Əliyeva qızları ilə konsertdə -FOTO

Mehriban Əliyeva qızları ilə konsertdə -FOTO


Heydər Əliyev Sarayında dünyaca məşhur virtuoz pianoçu, Rusiyanın xalq artisti, UNESCO-nun xoşməramlı səfiri Denis Matsuyev konsert proqramı ilə çıxış edib.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, birinci vitse-prezident Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva konsertdə olublar.

Konsertdə Denis Matsuyev L.Bethovenin fortepiano üçün “17 nömrəli Sonata”sını, S.Raxmaninovun fortepiano üçün Korelli mövzusunda variasiyalarını, F.Şopenin “4 nömrəli Ballada”sını, P.Çaykovskinin “Düşüncə”sini, S.Prokofyevin fortepiano üçün “7 nömrəli sonata”sını və digər əsərləri ifa edib.

9 aprel 2019
GO BACK