İctimai Televiziya və Radio Yayımları Şirkəti “Səs” layihəsinin lisenziyasını aldı.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, İTV “Talpa Global B.V” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Sənədə əsasən, şirkətin əsas layihəsi yeni mövsümdən etibarən İctimai Televiziyada yayımlanacaq.
Müsabiqəyə ilk olaraq uşaqlarla start veriləcək. Özünü bu səhnədə görmək istəyənlər öncə qeydiyyatdan keçəcəklər. Uyğun sayılan iştirakçı seçim mərhələsinə dəvət ediləcək və məharətini münsiflər heyətinə göstərməyə çalışacaq.
Daha sonra isə eyni qayda əsasında böyüklərin yarışı start götürəcək.
Telelayihədə iştiraka dair kastinq və digər məlumatlar haqqında yaxın günlərdə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, “Talpa Global B.V” “Səs” (The voice) kimi yüzlərlə tamaşaçı auditoriyası olan məşhur mahnı müsabiqəsinin müəllifidir.
Onu da bildirək ki, layihə ilk olaraq AZTV-də start götürmüşdü. Lakin yaranan bir sıra problemlərə görə, proqram davam etməmişdi.