Qadin.NET / Məşhur aktyor EVLİLİKdən danışdı

Məşhur aktyor EVLİLİKdən danışdı

 

Məşhur aktyor EVLİLİKdən danışdı



 

Məşhur türk aktyor Tamer Karadağlı şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

 Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, məlumatına görə, o bu barədə “Posta” qəzetinə danışıb.

Məşhur “Çocuklar duymasın” serialında Haluk obrazını canlandıran Tamer Karadağlı özünü qadın düşkünü saymadığını deyib:

“Özümü eşqbaz biri saymıram. Qadınlara bir kişinin duya biləcəyi qədər hissiyyatım var”.

Evlilik həyatından danışan 50 yaşlı aktyor ilk nikahın baş tutmadığını bildirsə də, nə vaxtsa evlənəcəyini də istisna etməyib: “Bir dəfə evləndim, alınmadı. Amma bəlkə bir gün axtardığımı tapsam evlənərəm. Təkliflərə açığam. Hələlik sevgilim yoxdur. Uzun zamandır yoxdur, axtarıram tapa bilmirəm”.

O, duyğusal insan olmadığını vurğulayıb: “Duyğusal deyiləm. Evə gələndə bir qadın səsi eşidim deyə xəyallar qurmuram. Olsa lap yaxşı, olmasa da keçinərik. Şəxsi işlərimə qarışanları da sevmirəm”.

Qeyd edək ki, Tamer Karadağlının əslən Azərbaycandan olduğu iddia edilir.

6 aprel 2019
GO BACK