Qadin.NET / “Zombi” qadın hər kəsi TƏƏCCÜBLƏNDİRİR

“Zombi” qadın hər kəsi TƏƏCCÜBLƏNDİRİR

 

“Zombi” qadın hər kəsi TƏƏCCÜBLƏNDİRİR



 

45 yaşlı ingilis qadın Laura Barnett hər səhər yatağını tozsoranla təmizləmək məcburiyyətindədir. Çünki gecə boyu bütün yataq dərisindən qopan kiçik “pulcuqlar”la örtülür.

 Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, Laura 2010-ci ildə gözləri ətrafında quru dəri şikayəti ilə klinikaya müraciət edib.

Həkimlər ona hormonal kremlərdən istifadə etməyi məsləhət gördülər.

Bir ildən sonra isə ingilis qadın bu dərmanlardan istifadə etməi dayandırıb. Çünki əks reaksiya alırdı. Lakin gündəlik dərmanlardan imtina tamamilə əks effekt verdi. Lauranın dərisi qızardı, soyulmağa və qaşınmağa başladı.

Xəstəlik Lauraya təkcə ağrı vermir, həm də gecələr yuxusuz qalmasına da səbəb olur. Eyni zamanda, oğlu və həyat yoldaşı ilə münasibətlərinə də mənfi təsir edir:

“Həyat yoldaşım ayrı yatmaq məcburiyyətində qaldı. Çünki gecələr yatağı cırmaqlayırdım. Onun isə həssas yuxusu var. Eyni zamanda, dərim çox soyuyur və qanaxma var idi. Hər səhər yatağı təmizləmək məcburiyyətində qalırdım. Stress, yuxusuzluq və halsızlığa görə, işə də zombi kimi gedirdim”.

Keçən il isə Laura dermatoloqa müraciət edib. Qan analizindən sonra toza qarşı allergiyasının olduğu üzə çıxdı və ciddi narahatlığının olmadığı məlum oldu.
Laura indi müalicə olunur və dərisi yaxşılaşır

6 aprel 2019
GO BACK