Aktrisa Aslı Enver ilə müğənni Murad Bozun nişanlanması haqda ötən gün mediada xəbər yayılmışdı.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, paparassilərin obyektivinə tuş kələn Murada ilk olaraq evlənməyə hazırlaşma xəbəri soruşulub. Amma müğənni jurnalistlərin arzusunu ürəyində qoyub.
Boz bunla bağlı suallara "Özəl həyatımla bağlı danışmıram" cavabını verib. Onun etirazlarına məhəl qoymayan media nümayəndələri sualı dayanmadan ünvanlayıblar. Murad isə "Çox xoşbəxtik, hər şey yolundadır" deyərək, hadisə yerindən uzaqlaşıb.
Qeyd edək ki, Boz və Aslı sosial şəbəkədə görüntülər paylaşmış, onların barmağındakı nişan üzüyü diqqət çəkmişdi