Bir ay sonra ana olmağa hazırlaşan aktrisa Fahriye Evcen artıq çəkisi ilə diqqət toplayıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, aktrisa dünən həyat yoldaşı Burak Özçivitlə birlikdə Cem Yılmazın stand-up şousunu izləməyə gedib. Ulduz cütlük çıxışda jurnalistlərin suallarını cavablandırıb.
Burak Özçivit Fahriye Evcenin erkən doğuş edə biləcəyindən narahatçılığını dilə gətirib: “Evdən şounu izləmək adı ilə çıxdıq, qorxduq ki, ordan da doğuşa gedərik”.
Fahriye isə gülərək “Vallah şounun son dəqiqələri çətin oldu, çox güldüm deyə Karan qarnımı çox təpiklədi. Məlumdur, doğuşa az qalıb”, deyə bildirib.
Aktirsanın hamiləlikdən dolayı kökəlməsi də diqqətdən qaçmayıb. Cütlük oğluna Karan adını qoyacaq