Las-Veqasda hər il keçirilən "CinemaCon" film festivalı yenidən baş tutub.
Qadin.Net axşam.az-a istinadən bildirir ki, gecəyə çox sayda məşhur sima qatılıb. Onlar arasında son günlər yeni çəkildiyi "Long Shot" filmi ilə gündəmə gələn Şarliz Teron yer alıb.
Festival çərçivəsində keçirilən "Entertainment Tonight" adlı partiyə gələn aktrisa şəxsi həyatından danışıb. Şarliz etiraf edib ki, 10 ildir ciddi münasibəti yoxdur.
"10 ildir tənhayam. Kimsə cəsarətini toplayıb, mənə yaxınlaşmalıdır. Azadam. Kişilərə səslənirəm, cəsarətli olun", - aktrisa söyləyib.
Qeyd edək ki, bir müddət əvvəl Şarlizin Bred Pittlə sevgili olma xəbəri yayılmışdı. Aktrisa belə bir halın olmadığını açıqlayıb