Aktrisa Şebnem Bozoklu martın 23-də evlilik təklifi aldığı jurnalist Kanat Atkaya ilə nikah masasına oturub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Şebnemin dostları ona sürpriz hazırlayıblar.
Aralarında Nil Karaibrahimgil və Dolunay Soysertin də yer aldığı qrup Bozoklu üçün səhər yeməyi təşkil edib. Aktrisaya xına yaxan dostları şəkilləri "Hər şey ənənəyə uyğun olacaq" şərhi ilə sosial mediada yayımlayıblar.