Qadin.NET / Kredit faizləri aşağı düşəcək - YENİLİK

Kredit faizləri aşağı düşəcək - YENİLİK

Kredit faizləri aşağı düşəcək - YENİLİK


Banklar vətəndaşlara yüksək faizlə kredit verə bilməyəcək. Bununla bağlı ''Banklar haqqında'' qanuna dəyişikliyin edilməsi təklif olunur. Təklif qəbul edilsə, kredit faizini və digər xərclərin həddini dövlət qurumu müəyyənləşdirəcək.

Qadin.Net xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycanda kredit faizlərini və bankların vətəndaşlardan aldığı bütün digər xərclərin yuxarı həddini dövlət qurumu müəyyənləşdirəcək. Bu, "Banklar haqqında" qanuna ediləcək dəyişikliklə mümkün olacaq. Artıq dəyişiklik layihəsi Milli Məclisə təqdim edilib.

Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Rüfət Quliyevin sözlərinə görə, ölkəmizdə bəzi banklar hətta 36 %-lə kredit verir ki, bunun da geri qaytarılmasında əksər hallarda ciddi problemlər yaranır. Nəticədə isə problemli kredit ölkə iqtisadiyyatına ziyan vurur.

Rüfət Quliyev ehtimal edir ki, ölkəmizdə kredit faizinin minimum məbləği 18, maksimum məbləği isə 22-24 % olacaq. Yəni kredit faizləri aşağı düşəcək.

Qeyd edək ki, qanun layihəsi Milli Məclisin 9 apreldə keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq

5 aprel 2019
GO BACK