Dünyaca məşhur müğənni Cennifer Lopez məhkəməyə verilib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, o, oğurluqda ittiham edilir.
Lopezin bir zamanlar NBC kanalında yayımlanan “World of Dance” adlı verilişin konseptini oğurladığı bildirilir.
TMZ-də yer alan yazıya görə, Elvin Qrey-El bu formatın özünə aid olduğunu və müəllif hüquqları üçün 2009-cu ildə müraciət etdiyini iddia edir.
O, bununla bağlı olaraq müğənnini məhkəməyə verib, ondan 6,5 milyon dollar (təxminən 11 milyon manat) təzminat istəyir