Beyonsun reper əri Cey Zi qatıldığı mükafatlandırma gecəsinə saatı ilə damğa vurub.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, ifaçının “Richmard Mille” brendindən olan saatı 3 min saata hazırlanıb.
Dünyada yalnız bir ədəd olan saffir aksessuarın qiyməti isə 2,5 milyon dollardır (təxminən 4 milyon 241 min manat).
Qeyd edək ki, Cey Zi saatın rəngi üçün də əlavə pul ödəmək məcburiyyətində qalıb. Bildirilir ki, Zi hazırda dünyanın ən bahalı “Richard Mille” saatına sahibdir