Qadin.NET / Cansu Dere ekranlara qayıdır

Cansu Dere ekranlara qayıdır

Cansu Dere ekranlara qayıdır


Türkiyəli aktrisa Cansu Dere paparazzilərin obyektivinə tuş gəlib.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, jurnalistlərə açıqlama verən sənətçi tezliklə ekranlara qayıdacağını bildirib.

“Yaxın günlərdə yeni seriala başlayacam. Bir aya hər şeyi biləcəksiniz. İndidən detallar barədə danışmaq istəmirəm” deyə, Cansu söyləyib.

Qeyd edək ki, aktrisa sonuncu dəfə “Şahsiyet” adlı internet serialına çəkilmişdi. O, “Sıla” serialındakı obrazı ilə daha da məşhurlaşıb

3 aprel 2019
GO BACK