Qadin.NET / "Jara" bu dəfə Dubayda olacaq

"Jara" bu dəfə Dubayda olacaq

"Jara" bu dəfə Dubayda olacaq


Xalq artisti Emin Ağalarov tərəfindən təşkil edilən məşhur "Jara" beynəlxalq musiqi festivalı bu dəfə Birləşmiş Ərəb Əmirliyində keçiriləcək. 
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, tədbir mayın 3-də Dubay şəhərində nəzərdə tutulub. 

Bu haqda festivalın rəsmi İnstaqram səhifəsində xəbər yerləşdirilib. Konsertdə Eminlə yanaşı Leonit Aqutin, Olqa Buzova, Qriqori Leps, Valeriya, Yulianna Karaulova, Albina Canabayeva, “Vremya i Steklo”, “Artik & Asti” və başqaları çıxış edəcəklər. 

Qeyd edək ki, "Jara" festivalı yayda Bakıda da keçiriləcək. Tədbir iyulun 25, 26, 27, 28-də planlaşdırılıb

3 aprel 2019
GO BACK