Qadin.NET / Can Yamanı onlar da müdafiə etdilər

Can Yamanı onlar da müdafiə etdilər

Can Yamanı onlar da müdafiə etdilər


Can Yamanın çəkilişləri canlı izləyən tamaşaçılardan birinə fotoaparat atması Türk mediasının gündəmindən düşmür.

Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, məsələ ilə bağlı “Erkenci kuş” serialını ərsəyə gətirən “Gold film” şirkəti açıqlama yayıb.

“Son günlərdə mediada dəyərli aktyorumuz Can Yaman haqqında mediada gerçək olmayan xəbərlər yer alır. Sözügedən hadisədə çəkilişləri izləyənlərdən biri Can Yaman və Demet Özdemirə söz atıb, onlara fiziki müdaxilə etmək istəyib və nəticədə gərginlik yaranıb. Aktyorlarımız həmin şəxsin çəkiliş meydançasından uzaqlaşdırılmasını xahiş edib. Mediada yer alan xəbərlər təhrif olunaraq, təqdim edilib” deyə, “Gold film” bildirib.

 

Qeyd edək ki, bundan öncə Demet Özdemir də məsələ ilə bağlı açıqlama verərək, Can Yamanı müdafiə etmişdi

3 aprel 2019
GO BACK