Qadin.NET / Luvr muzeyinin həyətindəki gözəllik məhv oldu-FOTO

Luvr muzeyinin həyətindəki gözəllik məhv oldu-FOTO

Luvr muzeyinin həyətindəki gözəllik məhv oldu-FOTO


Dünyanın ən məşhur məkanlarından biri olan Parisdəki Luvr muzeyinin 30 illiyi münasibətilə onun ətrafında yaradılan əsrarəngiz kollaj bir neçə saatdan sonra ziyarətçilərin ayaqları altında məhv olub. Kollajın müəllifi rəssam JR isə bildirib ki, “incəsənət daimi deyil”.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, 17 min kvadrat metrlik ərazidə 400 könüllünün üzərində işlədiyi kollajın insanları heyrətə gətirən cəhəti Luvr muzeyinin həyətindəki şüşə piramidanın sanki ağ daş karyerinə qədər yarğan formasında enməsi olub. Yeni əsərlə maraqlanan ziyarətçi axınının ayaqları altında qalan kağız material cəmi bir neçə saata parçalanıb və yox olub.

Rəssam JR sosial şəbəkədəki səhifəsində bununla bağlı fəlsəfi düşüncələrini yazıb: “İncəsənət əsərləri də həyatın özü kimi daimi deyil. Bu əsərlərin ömrü məhz onların nümayişi qədərdir”.

Lakin tamaşaçıları bu gözəl mənzərənin bir neçə saat ərzində yox olmasından məyus olublar. Onların bədbin statuslarına cavab verən rəssam qeyd edib ki, muzeyin ziyarətçilərinin bu kollajın kiçik bir parçasını aparması da Luvrdan xatirə olaraq qalacaq

Luvr muzeyinin həyətindəki gözəllik məhv oldu-FOTO

Luvr muzeyinin həyətindəki gözəllik məhv oldu-FOTO

Luvr muzeyinin həyətindəki gözəllik məhv oldu-FOTO

Luvr muzeyinin həyətindəki gözəllik məhv oldu-FOTO


2 aprel 2019
GO BACK