“TV 8”in rəhbəri Acun Ilıcalı ilə sevgili olduğu iddia edilən Itır Esenin “Kitablar aksesuar deyil!” paylaşımı ətrafında qalmaqal böyüyüb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, Esenin bununla Acunun yeni boşandığı Şeyma Subaşıya söz atdığı irəli sürülüb.
Esenin bu hərəkətindən sonra Subaşı ard-arda paylaşımlar edib.
İnstaqram hesabında Elif Şafakın kitabını paylaşan Şeyma “Yolda, tıxacda, kafedə, dostlarımı gözləyərkən mənə ən yaxşı yoldaşlıq edəcək şeyi tapdım. Kitablarımı da çantam, eynəyim kimi yanımda gəzdirəcəm” deyib.
Subaşı bunun ardından dərhal sonra kitabda olan bir hissəni yayımlayaraq, Esene sataşıb. Şeymanın paylaşdığı hissədə “Əsas çirk xaricdə deyil, daxildədir... Geyimdə deyil, qəlbdədir. Onun xaricində hər ləkə nə qədər pis görünsə də, yuyulduqda təmizlənir. Yumaqla çıxmayan tək çirk qəlblərdə yağ bağlamış pis niyyətdir” sözləri yazılıb