Aktyor Kadir Doğulu və aktrisa Neslihan Atagül bu yaz 3-cü dəfə “avtofurqon”la tətilə çıxmağa hazırlaşır.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, onlar ilk dəfə bu üsulla 2017-ci ildə 1 aylıq Yunanıstana, 2018-ci ildə isə 3 həftəlik Ege bölgəsinə səyahət ediblər. Məşhur cütlük bu yay yenidən eyni addımı atacaq.
Atagül və Doğuluya 2 film şirkəti “Furqonla edəcəyiniz tətil xəritəsini hazırlayın. Tətilinizi bölüm şəklində çəkib yay vaxtı kanalların birində yayımlayaq” təklifini edib.
Lakin cütlük tətilin çox özəl olduğunu deyərək, edilən təkliflərə yox cavabını veriblər.
Aktrisa “Furqonla tətil çətin deyil” sualına “Otellər itlərimizi qəbul etmir. Biz də onlardan imtina etmək istəmirik buna görə furqon aldıq. Evim, həyat yoldaşım, itlərim yanımdadı. Yaşadığımı hiss edirəm” deyərək, cavab verib.
Həmçinin cütlük qaldıqları düşərgə sahələrini də təmizləyir