Türkiyəli aktyor Kıvanç Tatlıtuğ Amerikaya köçən qardaşı Ömür Tuqayın banka olan borcuna görə məhkəməlik olmuşdu.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Ömürün borcunu almaq üçün banka Tatlıtuğun avtomobilini girov götürmüşdü. Aktyor isə maşınına qovuşmaq üçün 1778 lirə (545 manat) ödəyib, daha sonra özünə aid olmayan borc üçün yanlış girov götürdüklərinə görə bankı məhkəməyə vermişdi.
Ötən günlərdə məhkəmə baş tutub və iclasda Kıvançın xeyrinə qərar verilib. Belə ki, sənətçinin ödədiyi 1178 lirə geri qaytarılıb