Hülya Avşar qızı Zəhranın sevgilisi Alaattin Kadayıfçıoğlu ilə bir araya gəlib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, onlar birlikdə restoranda yemək yeyiblər.
Jurnalistlərə Alaattinlə daha öncə İngiltərədə tanış olduğunu bildirən aktrisa “İksi də çox şirindir, gəzsinlər, əylənsinlər. Bu gün sevgili olar, sabah ər olar, alınmazsa, ayrılarlar. Başqa bir kişi ilə sevgili olar, bu, həyatdır” deyə, söyləyib.
Qeyd edək ki, Hülya söhbət zamanı bir daha evlənməyəcəyini də deyib