Qadin.NET / Eynşteynin məktubu ŞOK qiymətə satıldı

Eynşteynin məktubu ŞOK qiymətə satıldı

Eynşteynin məktubu ŞOK qiymətə satıldı


Məşhur fizik Albert Eynşteynin Adolf Hitler haqqında yazdığı məktub 134 min dollara satılıb.

Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, Hitlerin dəliliyindən və Almaniyadakı çətin yaşayış şəraitindən bəhs edilən məktub Los- Ancelsdə 23 təklifdən sonra sözügedən qiymətə alıcı tapıb.

Bununla yanaşı, həmin hərracda Eynşteynin 1921-1939-cu illər arasında yazdığı bildirilən daha iki əlyazma məktubu da satılıb.

Məktubların birində Eynşteyn onkoloq Marisa Lensə 2-ci Dünya müharibəsində yəhudilərə göstərdiyi köməyə görə təşəkkür edib. İkinci məktubda isə A.Eynşteyn alim Maya Vinterin bacısına Münhenə təcili getməsinin lazım olduğunu, lakin təhlükəli səbəblərə görə bunu edə bilməyəcəyini bildirir.

31 mart 2019
GO BACK