İki il eşq yaşayan məşhur müğənni Ledi Qaqa və Kristian Karinonun qəfil ayrılması sevənlərini məyus etmişdi.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, cütlük nişanlanandan sonra ayrılma qərarı verməsinin səbəbini uzun müddət gizli saxlayıb.
İngilis mediası yazıb ki, Ledi ayrıldıqdan sonra özünü sakit aparıb. Heç bir depressiya yaşamayan müğənninin ətrafı ayrılığın səbəbini yayıb. Bildirilib ki, Kristian Qaqanı çox qısqanırmış. Buna görə də ifaçı ona ərə getmək istəməyib.
"Kris ona yaxşı davranmırdı. Hər dəqiqə ona yazır, harada olduğu soruşur, gedib həmin yerdə onu güdürdü. Müğənninin dostları da Karinonu sevmirdilər" deyə, mənbə açıqlamasında qeyd edib