Roma Papası Fransiskin insanlara əlini öpməyə niyə icazə vermədiyi məlum olub.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, Vatikanın mətbuat katibi Alessandro Gizotti papanın çoxəsrlik ənənəni pozmaq fikrində olmadığını deyib.
“Müqəddəs Ata mənə dedi ki, onun motivasiyası çox sadədir: gigiyena”.
A.Gizotti qeyd edib ki, Roma Papası özünə deyil, insanlara ziyan yetirməkdən qaçmağa çalışır. Ümumiyətlə, o insanlarla qucaqlaşmağa daha çox üstünlük verir.
Qeyd edək ki, Roma Papası Fransiskin əlini öpməyə çalışan insanlara qadağa qoyması, bundan imtina etməsi birmənalı qarşılanmayıb. Papanın bu hərəkəti sosial şəbəkədə qızğın müzakirələr doğurub