“Kanal D”də yayımlanan “İkinci sayfa” proqramında türkiyəli müğənni Zerrin Özerin evlənəcəyi deyilib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, o, proqrama açıqlama verərək, evlilik təklifi aldığını etiraf edib.
“Yaxın günlərdə nikah masasına əyləşirəm. Bir vaxtlar sıxıntılarım var idi, artıq hər şeyə olduğu kimi yanaşıram. Heç kimin xətrinə dəyməməyə çalışdım. Amma insanlar məni çox yordu. Mənə “Çox yaxşı sənətçi” yox, “Çox yaxşı insan” desinlər, bu, bəsimdir. Evlilik təklifi almışam. Uzun müddətdir münasibətim var. Heç vaxt birlikdə görüntülənməmişik. İki ildir eşq yaşayırıq. Sevgilim bizim camiədən deyil”