Bir neçə gün əvvəl Los-Ancelesdə rəsmi nikaha girən Nikolas Keyc və Erika Koyke ayrılıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, "The Blast" yayıb ki, dördüncü dəfə evlənən aktyorun nikahı cəmi 4 gün çəkib. Nikolas və Erika nikahın ləğv edilməsi üçün artıq müraciət də ünvanlayıb.
Qeyd edək ki, cütlük bir ildən çoxdur birlikdədir. Keycin ilk nikahı 6 il davam edib. İkinci dəfə Elvis Preslinin qızı ilə evlənən aktyor 3 ay sonra ayrılıb. Onun iki oğul övladı var