Mel Gibson Şon Penlə baş rolda oynadığı “Dəli və dahi” filminin yayımlanmağını istəmir.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, buna onun filmi çəkən şirkətlə arasında yaranan problem səbəb olub.
Belə ki, şirkət aktyorla arasında imzalanan müqavilənin şərtlərinə əməl etməyib. Üstəlik, filmin təsdiqlənməmiş versiyası Kann Kinofestivalında satışa çıxarılıb.
Digər iddia isə Gibsonun filmdən daha çox qonorar almaq istəməsi ilə bağlıdır. Ancaq yayım haqları “Voltage Pictures” şirkətində olan film artıq kinoteatrlara kirayə verilib.
Qeyd edək ki, “Dəli və dahi” filmi Oksfordda ingilis dili lüğətinin yaranmasından bəhs edir