Qadin.NET / Can Yaman cəzalandırıldı - FOTO

Can Yaman cəzalandırıldı - FOTO

Can Yaman cəzalandırıldı - FOTO


Türkiyəli aktyorlar Can Yamanla Selen Soyder TRT 1-də yayımlanan “Hangimiz sevmedik” adlı serialda rol alarkən aralarından dava düşmüşdü.

 Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Selen partnyorundan şikayətçi olub, Yamanın ona boşqab tulladığını iddia etmişdi.

Ötən gün baş tutan məhkəmədə serialın çəkilişi zamanı orada olan komanda üzvləri dindirilib və kamera görüntüləri incələnib.

Məhkəmə dəlillərə və şahidlərin ifadələrinə əsasən, Can Yamanı cəzalandırılıb.

Belə ki, o, 87 gün pul cəzasına məhkum olunub. Aktyor hər gün dövlətə 90 lirə (27 manat) pul ödəyəcək. Ümumilikdə onun cəriməsi isə 7830 lirədir (2368 manat).

Qeyd edək ki, Can Yaman hazırda “Erkenci kuş” serialında rol alır. Selen Soyder isə uzun müddətdir ekranlardan uzaqlaşıb

Can Yaman cəzalandırıldı - FOTO

Can Yaman cəzalandırıldı - FOTO


29 mart 2019
GO BACK