Dünya ulduzu Castin Biber sosial mediada ona ünvanlanan sualları cavablandırıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, o, keçmiş sevgilisi Selena Qomez haqda da danışıb. Belə ki, ifaçı "Heyli ilə Selenanı yenidən qazanmaq üçün evlənmisən" sualına bu cavabı verib:
"Selenanı həqiqətən sevdim və hələ sevirəm. Hər zaman qəlbimdə yeri olacaq. Amma həyat yoldaşıma çox aşiqəm. Bu həyatda başıma gələn ən gözəl hadisədir".
Qeyd edək ki, Castin və Heyli Bolduin ötən il ailə qurub