Radio aparıcısı Mişel Kuyucu "Twitter" hesabında Murad Dalkılıçı işarələyərək Alpayın mahnı oxuduğu videonu paylaşıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, aparıcı paylaşımın altında Dalkılıçın sənətlə məşğul olmadığını və televiziya proqramlarında sadəcə, lağlağa etdiyini yazıb.
Bir sosial şəbəkə istifadəçisindən “Sən çox danışmağa başlamısan” rəyi alan Kuyucu “Növbəti dəfə sən və Murad cavabınızı alacaqsız” yazıb.
Dalkılıç bu sözlərdən sonra Kuyucuya “Mənə bax! Sən tərbiyəsizliyin həddini aşdın. Kimlərəsə dil uzatmağı bu qədər rahat bilirsənsə, sənə uzanan dillərə də dözməlisən. Səndən 20 yaş balaca insanlara bu cür örnək olursan?” cavabını verib.
Həmçinin müğənni Kuyucunun dərs dediyi universitetə də “Bu cür insanlara gəncləri əmanət edirsiz?” deyə çağırış edib.
Mübahisədən sonra "Kanal D"də yayımlanan "2. Sayfa" verilişi Kuyucuya zəng vurub. O isə suallara “Muradın mətbuata qarşı davranışını bəyənmirəm. Bunu mənim tənqid etmək haqqım olmaya bilər, amma musiqi vəziyyətini tənqid etmək haqqım var. Dalkılıç və Murad Boz musiqi kariyeralarında böyük bir eniş yaşayırlar. Çünki TV proqramları və filmlərlə musiqidən çox məşğul olurlar. Niyə? Çünki orada daha çox pul var. Bu ticarət tərəfdən doğru ola bilər, amma hər kəs öz işini görməlidir. İrem Derici də eniş yaşayır, lakin o çox çalışır. Eyni şəkildə Mustafa Cecəli də sənətindən çox şəxsi həyatı ilə gündəmdədir. O da çalışır. Onları Murad Dalkılıç və Murad Bozdan ayıran fərq budur” sözləri ilə cavab verib