Müğənni Kənan Doğulu Hacettepe universiteti tərəfindən təşkil olunan "Ən yaxşı kişi sənətçi" mükafatına layiq görülüb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə İnstaqram hesabında paylaşım edib.
Fotoya şərh yazanlardan biri də aktrisa Beren Saat olub. O, həyat yoldaşını bu münasibətlə təbrik edib.
Bununla da onlar bir daha boşanma iddialarının yalan olduğunu göstəriblər.
Qeyd edək ki, artıq bir neçə həftədir ikilinin boşanacağı haqda xəbərlər yayılıb.
Lakin hər iki tərəf açıqlamalarında ayrılmayacaqlarını vurğulayıb